Əmlak Məsələləri Dövlət Komitəsi obyektlərin mühafizəsi üçün tərəfdaş axtarır

Əmlak Məsələləri Dövlət Komitəsi obyektlərin mühafizəsi üçün tərəfdaş axtarır
09:47 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tabeliyindəki, Azərbaycanın şəhər və rayonlarında yerləşən mühafizəyə ehtiyacı olan müəssisələrdə gözətçi və patrul xidmətlərinin satın alınması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Tenderdə gözətçi və patrul xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşan peşəkar rezident, qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 1 min manat məbləğində iştirak haqqı ödəməlidirlər. Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 12 ay müddətində icra olunmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri martın 7-si saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə martın 16-sı saat 17:00-dək Komitəyə (Bakı şəhəri, Yusif Səfərov küçəsi,50) təqdim etməlidirlər.
İddiaçıların tender təklifləri martın 17-i saat 15:00-da yuxarıda qeyd edilən ünvanda açılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emlak-meseleleri-dovlet-komitesi-obyektlerin-muhafizesi-ucun-terefdas-axtarir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR