Adi qol saatı 12 milyon dollara satıldı - FOTO

Adi qol saatı 12 milyon dollara satıldı - FOTO
09:47 16 Fevral 2017
155 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünən Cenevrədə keçirilmiş hərracda "Patek Philippe" şirkətinin istehsalı olan "Patek Philippe 1518" qol saatı 12 milyon dollara satılıb. 13 dəqiqə çəkən hərrac başa çatandan sonra alıcının adı açıqlanmayıb.

Milli.Az European-a istinadən bildirir ki, "Patek Philippe 1518" qol saatı qızıl və ya platindən deyil, brilyant və ya almaz qaşlarla bəzədilməyib. Əksinə, "adi" qol saatıdır. Sadəcə, paslanmaz dəmirdən hazırlanmış xronoqrafdır.

1943-cü ildə hazırlanmış bu qol saatını unikal edən dünyada cəmi 4 ədəd olmasıdır. Üstəlik, İsveçrənin məşhur "Patek Philippe" şirkəti 1970-ci illərədək paslanmaz poladdan qol saatları buraxmırdı.

Özəl kolleksiyada saxlanan və indiyədək heç bir yerdə nümayiş olunmayan unikal qol saatı xronoqraflar arasında "kral" sayılır.

1851-ci ildə yaranmış "Patek Philippe" şirkəti dünyanın ən nüfuzlu, məşhur saat brendlərindən biridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR