Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub

Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub
09:47 16 Fevral 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Qaraçuxur qəsəbəsində, "Aura" şadlıq evinin qarşısında 53 yaşlı Şərifov Nazir Yəhya oğlunu "Mercedes" markalı avtomobil vurub. N.Şərifov ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.
"Mercedes"in sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, N.Şərifov "Aura" şadlıq evindən çıxıb və yolu keçmək istəyirmiş.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-sadliq-evinden-cixan-sexsi-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR