Yığmamızın voleybolçuları məğlubiyyətə üzüldülər

Yığmamızın voleybolçuları məğlubiyyətə üzüldülər
09:52 16 Fevral 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunlar keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, XVI tur çərçivəsində baş tutan matçda Azərbaycan millisinin oyunçuları da komandalarının heyətində meydana çıxıblar.

Belə ki, Yana Kulanın şərəfini qoruduğu "Çanakkale Bld" "İdman Ocağı"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 (25:19, 25:17, 20:25, 25:18) hesablı qələbəsi ilə yekunlaşıb. Kulan məğlub olduqları görüşdə 14 xal toplayıb.
 
Kseniya Poznyakın çıxış etdiyi "Beşiktaş" da məğlubiyyətə üzülüb. Onlar evdə lider "Vakıfbank"a uduzublar - 0:3 (28:30, 12:25, 14:25). Blokçumuz matçda 5 xal yığıb.
 
Bu qarşılaşmalardan sonra "Çanakkale Bld" 27 xalla 5-ci, "Beşiktaş" 19 xalla 8-cidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR