Alt paltarını ildırım vurdu, başına meteroit düşdü... – QƏRİBƏ ÖLÜMLƏR - FOTOLAR

Alt paltarını ildırım vurdu, başına meteroit düşdü... – QƏRİBƏ ÖLÜMLƏR - FOTOLAR
10:03 16 Fevral 2017
132 Digər
Ölkə mətbuatı
A- A+

Ölüm haqdır və hər kəs bir gün onun dadına baxacaq. Amma el dili ilə desək, “öləndə də gərək kişi kimi öləsən”. Bəzi ölümlər isə həqiqətən də qəribədir.

Publika.az
dünyanın ən qəribə ölümlərini təqdim edir:

Buskalterin qüdrəti

1999-cu ildə İngiltərədə Hayde parkında gəzən iki gənc qadın güclü yağışa düşdükləri üçün böyük bir ağacın altına sığınırlar.

Lakin anidən çaxan şimşək qadınların buskalterindəki dəmirlərə keçərək qadınları vurur. Ölən qadınların cansız bədənləri 15 saat ağacın altında qalır. Qeyd edək ki, dəmirli buskalter qadınların daha gözəl görünməsi üçün hazırlanıb.

Başına Allahın daşı düşdü

Hindistanda yaşayan 40 yaşlı avtobus sürücüsü maşından su içmək üçün enərkən başına meteroit düşərək ölür. O, tarixdə ilk belə qurban idi.

Allah kəssin belə ölümü

Filə qulluq edən şəxs onun nəcisi altında qalaraq can verir.

Axırıncını kim süzdü mənə...

Çinli şair Li Po ölkəsinin iki ən böyük şairindən biri hesab olunurdu. Lakin o, daim sərxoş olması ilə də ad çıxarmışdı. Bir gün o, sərxoş vaxtı suya düşən ayın rəsmini qucaqlamaq üçün qayığından düşür və boğularaq ölür.

“Saqqallı uşaq”

Avrtraliyalı Hans Steininqer yaşadığı dövrdə dünyanın ən uzun saqqalına sahib olan şəxs kimi məşhurlaşmışdı.

1,4 metr uzunluğu olan saqqalı Hansın ölümünə səbəb oldu. 1567-ci ildə bir gün Hansın yaşadığı qəsəbədə böyük yanğın baş verir. Yanğın təlaşı ilə qaçan Hansın saqqalını alov tutur. Müvazinətini itirdiyi üçün yerə yıxılır və ölür.

Odda yanmaz, suda batmaz

Rusiya tarixində iz qoymuş Rasputinin düşmənləri də çox idi.

Ona dəfələrlə sui-qəsdlər olmuş, hətta ilk dəfə on nəfər tərəfindən zəhərlənmişdi, lakin ölməmişdi. Daha sonra tapanca ilə vurdular, yenə ölmədi. Boğdular, yenə ölmədi. Adam ölmədi ki, ölmədi. Ən nəhayət, sakit bir qəsəbədə öz əcəli ilə canını tapşırdı.

Nəriman


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/187994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR