Serbiyada güllələnən azərbaycanlı sabiq klub prezidenti: "Davanın səbəbini anlaya bilmirik"

Serbiyada güllələnən azərbaycanlı sabiq klub prezidenti: "Davanın səbəbini anlaya bilmirik"
10:05 16 Fevral 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Serbiyanın paytaxtı Belqradda iki qruplaşma arasındakı münaqişə nəticəsində güllə yarası alan azərbaycanlı sabiq klub prezidenti Yaşar Rüstəmov artıq xəstəxanadan evə buraxılıb.

Milli.Az bildirir ki, bu barədə "Report"a açıqlamasında Y.Rüstəmovun özü məlumat verib.

Artıq fəaliyyətini dayandırmış klubun keçmiş rəhbəri hazırda Belqradda olduğunu bildirib. O, Bakıya nə vaxt qayıdacağını bilmədiyini söyləyib.
Y.Rüstəmov deyib ki, hadisənin hansı səbəbdən baş verdiyini hələ də anlamır: "Xahiş edirəm, hadisə barədə sual verməyin. Çünkü ürəkaçan bir şey olmayıb. Siz də mediada yazanda yaxınlar lap pis olurlar. Yaxın adamlarda məlumat var. Məncə, çox ağartmaq lazım deyil. Bir az dincəlmək istəyirəm. Qısaca onu deyim ki, davanın niyə baş verdiyini anlaya bilmirik. Şükür olsun, bu günə qədər düşmənimiz olmayıb. Bu, bir anlaşılmazlıqdır. Dalaşdığımız adamları tanımıram. Əsas odur ki, salamatlıqdır".

Qeyd edək ki, atışma nəticəsində Yaşar Rüstəmov ayağından yaralanıb. Hadisə yerli kafelərdən birində səhər saatlarında baş verib.
Əvvəlcə tərəflər yumruq davasına çıxıblar, sonra isə güllə səsi eşidilib. Güllə Rüstəmovun ayağına tuş gəlib. Ona atəş açanlar hadisə yerindən uzaqlaşıblar. Zərərçəkənin yanında vaxtilə Azərbaycanda qapıçı və qapıçılarla işləyən məşqçi kimi çalışmış Vladimir Miçoviçlə Vladimir Miloyeviç adlı şəxslər olublar. Yaşar Rüstəmov artıq fəaliyyətini dayandırmış "Abşeron" klubunun prezidenti olub. Vladimir Miçoviç isə həmin klubda oynayan məşqçi funksiyasını yerinə yetirib. Daha öncə isə Miçoviç "Neftçi"də qapıçı və qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR