Tbilisidə atışma nəticəsində İnterpol əməkdaşı yaralanıb

Tbilisidə atışma nəticəsində İnterpol əməkdaşı yaralanıb
10:07 16 Fevral 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisinin Şatberaşvili küçəsində İnterpol əməkdaşlarının olduğu avtomobil atəşə tutulub.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, avtomobilə iki naməlum şəxs atəş açıb. İnterpol əməkdaşlarından biri yaralanıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, daha əvvəl beynəlxalq hüquq-mühafizə təşkilatının gürcüstanlı əməkdaşlarının Batumi hava limanında ABŞ vətəndaşını saxladığı bildirilib. ABŞ vətəndaşı Özbəkistanın tələbi ilə terror fəaliyyətində ittiham edilməklə beynəlxalq axtarışda olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-atisma-neticesinde-i-nterpol-emekdasi-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR