Azərbaycana pul köçürmələri azalıb

Azərbaycana pul köçürmələri azalıb
10:12 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycana ötən il ərzində xaricdən daxil olan pul baratlarının həcmi 2015-ci illə müqayisədə 34,57%, 2014-cü ilə nisbətən isə 54,71% azalıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ötən ilin yekununa dair Pul siyasəti İcmalında bildirilib.

İcmala əsasən, 2016-cı ildə ölkəyə xaricdən 774 mln. ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib. Bu rəqəm 2015-ci ildə 1,183 mlrd. dollar, 2014-cü ildə isə 1,709 mlrd. dollar təşkil edib.

Pul baratlarının azalması Azərbaycanla iqtisadi tərəfdaş olan ölkələrdə yaranmış vəziyyətlə izah edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/517983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR