Tanınmış politoloq ABŞ-ın Azərbaycandakı səfirini tənqid etdi

Tanınmış politoloq ABŞ-ın Azərbaycandakı səfirini tənqid etdi
10:12 16 Fevral 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addım atmamalıydı.

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloq Sekutanın digər ölkələrin Azərbaycandakı səfirlərindən fərqli olaraq Cocuq Mərcanlı kəndinə getməməsini kəskin tənqid edib:

"Azərbaycan prezidentinin məskunlaşdırmağa qərar verdiyi Cocuq Mərcanlı kəndinə əvvəlcə xarici jurnalistlərin, dünən isə xarici ölkə səfirliklərinin nümayəndələrinin səfərinin təşkili yaxşı ideya idi. Xarici jurnalistlər və diplomatlar öz gözləri ilə gördülər ki, erməni separatçıları Cocuq Mərcanlının timsalında Azərbaycan kəndini necə dağıdıblar, ərazidə salamat heç nə qoymayıblar. Lakin ABŞ səfiri Robert Sekuta Cocuq Mərcanlıya getməyib. Onun bu səfərdən niyə imtina etməsinin səbəbini bilmək maraqlı olardı. Yaxşı, tutaq ki, özün getmirsən, səfirlikdə çalışan onlarla diplomatdan birini də göndərmək mümkün deyildi? Sekuta iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addım atmamalıydı. Misal üçün, digər iki həmsədr ölkənin - Rusiya və Fransanın Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olublar. Ancaq hər iki səfirin Cocuq Mərcanlıda jurnalistlərimizə verdikləri açıqlamalar heç nə ifadə etmir. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Cocuq Mərcanlıda verdiyi açıqlamaya diqqət yetirin: "Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq".

Əvəzində E.Şahinoğlu Bolqarıstanın Azərbaycandakı səfirini təqdir edib: "Sağ olsun, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova. Bolqar diplomat deyib ki, biz Azərbaycana hər şeyin ən yaxşısını diləyirik və arzu edirik ki, bu yerlərdə bir neçə il sonra daha çox insan yaşasın, uşaq bağçaları olsun: "Ölkə prezidenti də bu barədə tədbirlər planı müəyyən edib. Bizi bunun effektinə inanırıq. Təşəkkür edirəm ki, bizi buraya gətiriblər". Açıqlama belə olar".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR