Türkiyənin Baş Qərargah rəisi: “Əl Babda əməliyyatlar başa çatıb”

Türkiyənin Baş Qərargah rəisi: “Əl Babda əməliyyatlar başa çatıb”
10:27 16 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ “Əl–Babda əməliyyatlar artıq başa çatıb”.
“Report” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Suriyanın terrorçu İŞİD-dən təmizlənməsi çərçivəsində keçirilən “Fırat Kalkanı” əməliyyatından danışarkən bildirib.
“Əl-Babda əməliyyat artıq başa çatıb. Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır”, - deyə, o, vurğulayıb.
Qərargah rəisinin sözlərinə görə, İŞİD-in özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı isə hərbi koalisiyanın fəaliyyətinin əlaqələndirilməsi və maliyyə məsələlərindən asılıdır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyenin-bas-qerargah-reisi-el-babda-emeliyyatlar-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR