Bank VTB-nin (Azərbaycan) 6 filialı bağlandı, "PAŞA Bank"ın yeni şöbəsi açılır

Bank VTB-nin (Azərbaycan) 6 filialı bağlandı, "PAŞA Bank"ın yeni şöbəsi açılır
10:37 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən, "PAŞA Bank" ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib və "Bank VTB (Azərbaycan)" ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Palatanın Direktorlar Şurasının iclasında "PAŞA Bank"ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşəcək "Fərdi bankçılıq" şöbəsinin açılması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

İclasda, həmçinin "Bank VTB (Azərbaycan)" ASC-nin "İçərişəhər", "Həzi Aslanov", "Əhmədli", "Bakıxanov", "28 May" və "Xırdalan" filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Filialların bağlanmasına əsas səbəb "Bank VTB (Azərbaycan)" tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Direktorlar Şurası "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Bank VTB (Azərbaycan)" ASC-nin "İçərişəhər" filialının 11.08.2014-cü il tarixli №162/10 saylı, "Həzi Aslanov" filialının 20.08.2013-cü il tarixli №162/5 saylı, "Əhmədli" filialının 27.11.2013-cü il tarixli №162/6 saylı, "Bakıxanov" filialının 21.07.2014-cü il tarixli №162/8 saylı, "28 May" filialının 03.10.2014-cü il tarixli №162/12 saylı və "Xırdalan" filialının 26.09.2014-cü il tarixli №162/11 saylı icazələrini ləğv edib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR