"Bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür"

"Bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür"
10:47 16 Fevral 2017
426 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni "referendum" beynəlxalq hüquq normalarına ziddir, Ermənistanın təcavüzkar siyasətinin ardıcıl xarakter daşıdığını ifadə edən təxribatdır.

Milli.Az bildirir ki, bunu Trend-ə  Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət buna qəti etirazını bildirməlidir: "Biz gözləyirik ki, beynəlxalq ictimaiyyət, beynəlxalq qurumlar, xüsusən bu problemin sülh yolu ilə həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu qeyri-qanuni "referendum"a qəti etirazlarını bildirsinlər. Əgər bütün bunlar olmasa, biz birmənalı şəkildə qəbul edəcəyik ki, beynəlxalq ictimaiyyət də, Minsk qrupunun həmsədrləri də Ermənistanla artıq açıq şəkildə eyni məqsədə xidmət edirlər və işğal olunmuş torpaqlarımızın Ermənistanın təcavüzü altında saxlanmasında maraqlıdırlar".

Deputat bildirib ki, bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür: "Azərbaycan ordusu torpaqlarımızı azad etmək üçün hərəkətə keçəndə nə beynəlxalq təşkilatların, nə də Minsk qrupunun həmsədrlərinin Azərbaycana "dayan" deməyi üçün heç bir mənəvi və hüquqi əsasları olmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR