Lənkəranda tibbi müayinə üç ay ərzində pulsuz olacaq

Lənkəranda tibbi müayinə üç ay ərzində pulsuz olacaq
10:47 16 Fevral 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Lənkəranda tibbi müayinə üç ay ərzində pulsuz olacaq.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, şəhər əhalisi bu məqsədlə Lənkəran Müalicə Diaqnostika Mərkəzinə müraciət edə bilər. Qəsəbə və kəndlərdə yaşayanlara isə səyyar qaydada tibbi müayinə xidməti göstəriləcək. 
Üç ay müddətində bu imkandan yaşı 18-dən yuxarı olan istənilən Lənkəran rayon sakini, eləcə də bu rayonun idarə-müəssisələrində çalışan digər rayon sakinləri yararlana bilər. 
Lənkəran Müalicə Diaqnostika Mərkəzində müayinələrin effektiv təşkili üçün kifayət qədər həkim-mütəxəssisin cəlb olunduğu bildirilir. İlk səyyar briqada isə Liman şəhər xəstəxanasında vətəndaşlara xidmət göstərib.
Qeyd edək ki, vətəndaşlarının icbari dispanserizasiyası ölkə başçısının göstərişinə əsasən üç ildir ki, həyata keçirilir. Tibbi müayinələr may ayının 15-nə kimi davam edəcək və müayinələr zamanı daha ağır və Lənkəranda müalicəsi mümkün olmayan xəstəliklər aşkarlandığı halda həmin şəxslərə müvafiq göndərişlər yazılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/lenkeranda-tibbi-muayine-uc-ay-erzinde-pulsuz-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR