İranlı cərrahın düzgün diaqnoz qoymadığı azərbaycanlı xəstənin qarnından yad cisim çıxarılıb

İranlı cərrahın düzgün diaqnoz qoymadığı azərbaycanlı xəstənin qarnından yad cisim çıxarılıb
11:02 16 Fevral 2017
334 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat icra olunub.
ATU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşdiyi üçün xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib.
Bellə ki, xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblərmiş.
Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı aydınlaşıb. Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Xəstə professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Yüksək səviyyədə keçən əməliyyat uğurlu olub. Hazırda xəstənin vəziyyəti stabilləşib. 




Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/i-ranli-cerrahin-duzgun-diaqnoz-qoymadigi-azerbaycanli-xestenin-qarnindan-yad-cisim-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR