Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib
11:12 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Gəncə. 16 fevral. REPORT.AZ/ Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib. Mədəniyyət və Turizm Nazirliyinin sərancamına əsasən, həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.
Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş Şahnaz Haşımova Azərbaycanın xalq artistidir və "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.



Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/fikret-emirov-adina-gence-dovlet-filarmoniyasinin-direktoru-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR