İranlı cərrah azərbaycanlı xəstəyə düzgün diqanoz qoymadı, qarnından yad cisim çıxarıldı - FOTO

İranlı cərrah azərbaycanlı xəstəyə düzgün diqanoz qoymadı, qarnından yad cisim çıxarıldı - FOTO
11:17 16 Fevral 2017
580 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat icra olunub.

Milli.Az Report-a istinadən xəbər verir ki, yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşdiyi üçün xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib.

Belə ki, xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblər.

Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı aydınlaşıb. Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Xəstə professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Yüksək səviyyədə keçən əməliyyat uğurlu olub. Hazırda xəstənin vəziyyəti stabilləşib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR