Cennifer Lopes məşhur reperə vurulub - FOTO

Cennifer Lopes məşhur reperə vurulub - FOTO
11:17 16 Fevral 2017
428 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Cennifer Lopes kanadalı reper Dreykə aşiq olub.

Buna 47 yaşlı müğənninin İnstagram profilindəki paylaşdığı son fotolar da dəlalət edir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, müğənni Müqəddəs Valentin Günündə çoxlu çiçək və şokolad hədiyyəsi aldığını nümayiş etdirib.

"Bunları mənə sevgilim yollayıb", - Lopes yazıb.

Çiçək çələnglərinin birinin üzərində "Dreykdən Cenniyə" yazılıb.

"Grammy Awards" mükafatlarının təqdimat mərasimində də Dreyklə Lopes birlikdə idilər.

"Cennifer brilyantdır, istedadlıdır, ecazkardır", - 30 yaşlı Dreyk deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR