Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək
11:27 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 5-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR