ABŞ Ukraynanın ərazi bütövlüyünə ciddi dəstəyini davam etdirəcək

ABŞ Ukraynanın ərazi bütövlüyünə ciddi dəstəyini davam etdirəcək
11:32 16 Fevral 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ Ukraynanın öz hərbi potensialını gücləndirməsinə dəstək verməyə sadiqdir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Pentaqonun rəsmi nümayəndəsi Kortni Hillson deyib.
 
ABŞ-da səfərdə olan Ukraynanın xarici işlər naziri Pavel Klimkin ABŞ müdafiə nazirinin 1-ci müavini Bob Uork ilə görüş keçirib. "Uork bildirib ki, ABŞ Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini ciddi şəkildə dəstəkləməkdə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstək vermək məsələsində qərarlı olaraq qalır. Bundan başqa, o, Ukraynanı islahatları davam etdirməyə çağırıb", - deyə K. Hillson qeyd edib.
 
Qeyd edək ki, Brüsseldə NATO müdafiə nazirlərinin toplantısına qatılan ABŞ müdafiə naziri Ceyms Mettis Rusiya ilə güc mövqeyindən danışmaq lazım olduğunu bildirib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR