“Əş Şəbab”ın 50-dən çox üzvü öldürüldü

“Əş Şəbab”ın 50-dən çox üzvü öldürüldü
05:59 7 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Somalinin muxtar Putlend bölgəsinin təhlükəsizlik qüvvələri son bir həftə ərzində “Əş Şəbab” terror qruplaşmasının 54 üzvünü öldürüb, daha 46 nəfəri yaralayıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Putlendin rəhbəri Abdivali Məhəmməd Əli bildirib.

 

Onun sözlərinə görə, əməliyyat zamanı qruplaşmanın səhra komandirləri Muxtar Abdinur Əhməd və Əhməd Abdi Məhəmməd əsir götürülüb.

 

Qeyd edək ki, son bir neçə ay ərzində  “Əş Şəbab” terror qruplaşmasının bir neçə lideri ələ keçirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR