SSRİ gerbində 14 illik BÖYÜK SƏHV - FOTOLAR

SSRİ gerbində 14 illik BÖYÜK SƏHV - FOTOLAR
11:33 16 Fevral 2017
201 Digər
Ölkə mətbuatı
A- A+

Keçmiş Sovet İttifaqının gerbi bütün dünyada məşhurdur və onun əsas elementləri kommunist ideologiyasının təcəssümü olan oraq və çəkicdir.

İnsanların əksəriyyəti bu simvolların hər birini yüz dəfələrlə görüb. Amma çox az adam bilir ki, 1923-cü il iyulun 6-da təsdiq edilmiş SSRİ-nin birinci gerbi böyük səhvlə çəkilmişdi! Təəccüblüdür, amma nə rəssamın özü, nə də SSRİ Mərkəzi İcraiyyə Komitəsinin hər hansı üzvü bu səhvi vaxtında görə bilib.

Məsələ bundadır ki, gerbin birinci variantında oraq yanlış təsvir edilmişdi. Əhəmiyyətli dövlət atributunda alətin qulpu kəlləmayallaq çəkilmişdi! Qulpun əslində qalın hissəsi aşağıda olmalıdır.

Ehtimal ki, rəssam şəkli çəkəndə ona artıq təsərrüfatda lazım olmayan oraq vermişdilər.

Publika.az üzərində 14 il böyük səhvin qaldığı SSRİ gerbinin fotolarını və yeni variantını təqdim edir.

Ömər




Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/188012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR