Ekvador parlamentinin sədrini CD ilə öldürmək istədilər

Ekvador parlamentinin sədrini CD ilə öldürmək istədilər
11:37 16 Fevral 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Ekvador parlamentinin sədrinə sui-qəsd cəhdi edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Qabriela Rivadeneyra özünün "Twitter" səhifəsində yazıb. 
 
"Kabinetimə içərisində CD olan zərf gəldi. Həmin CD orta gücə malik, lakin insanı öldürə biləcək partlayıcı qurğu idi. Xoşbəxtlikdən, partlayış olmadı", - deyə o, yazıb.

Ölkə prokurorluğu hadisəni araşdırır. 
 
Qeyd edək ki, fevralın 19-da Ekvadorda parlament seçkiləri keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR