İngiltərənin keçmiş baş naziri Uinston Çörçilin II Dünya müharibəsindən öncə qələmə aldığı “dünya kənarında həyat”la bağlı elmi məqaləsi ABŞ muzeylərindən birində tapılıb.
Publika.az BBC-yə istinadən xəbər verir ki,
yayımlanmayan məqalə Missuri ştatında Beynəlxalq Uinston Çörçil
muzeyinə 1980-ci ildə daxil olub. Lakin indiyə qədər bu məqalə heç
kimin diqqətini çəkməyib. 11 səhifəlik məqalənin 1939-cu ildə
qələmə aldığı təxmin edilir.
“Kosmosda yalnızmıyıq?” adlanan məqalədə dünyanın kosmosda yaşamaq
üçün əlverişli olan yeganə planet olmadığı fikri irəli sürülür.
“Bir gün, bəlkə də o qədər uzaq olmayan Aya, hətta Venera və Marsa
səyahət etmək mümkün ola bilər”, - deyə Çörçil məqalədə qeyd
edir.
O, Günəş Sistemində yaşamaq üçün əlverişli olan planetin Yerlə
yanaşı, Venera olduğu fikrini müdafiə edir.
“Mədəniyyətimizin dünyada əldə etdiyi uğurdan o qədər də
təsirlənməmişəm. Buna görə də böyük kosmosda canlı, düşünən
yaradılışların olduğu yeganə nöqtədə olduğumuz, yaxud zamanla
məkanın geniş sahəsindəki ən yüksək mənəvi və maddi inkişafı təmsil
etdiyimiz fikrini də qəbul etməyə hazır deyiləm”, - deyə o
bildirib.
Qeyd edək ki, Çörçil 1920-30-cu illərdə bir çox məşhur elmi məqalə
qələmə alıb. Hətta o, 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı da
alıb.
Asif