"Məzənnə düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq" - RƏSMİ

"Məzənnə düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq" - RƏSMİ
11:49 16 Fevral 2017
476 Digər
Ölkə mətbuatı
A- A+

“Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi 2016-cı ilin 28 noyabr tarixində həyata keçirilib və dərman vasitələrinin qiymətləri manatın o vaxtkı məzənnəsinə uyğunlaşdırılıb. O zamanı manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub”.

 

APA-nın xəbərinə görə, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

 

İ. Məcidov qeyd edib ki, bugünkü məzənnə 1,7196-dan bir qədər yuxarıdır: “28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. Qanunvericiliyə görə məzənnə bundan aşağı düşdüyü zaman dərmanların qiymətləri aşağı salınacaq, məzənnə yuxarı qalxdığı zamanı isə qiymətləri yuxarı qaldırılacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR