"Donuz"u əvəzləmək istədilər, alınmadı - FOTO

"Donuz"u əvəzləmək istədilər, alınmadı - FOTO
11:52 16 Fevral 2017
134 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Hərbi-Hava Qüvvələrinin komandanlığı "Fairchild Republic A-10 Thunderbolt II" qırıcı təyyarəsinin "təqaüd"ünü ixtisara salıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, "Uçan top", "Çöl donuzu" adlandırılan A-10 həm də "tank qatili" kimi tanınır. Bu təyyarələri gələn il HHQ-dən çıxarmaq planlaşdırılırdı. Lakin indi proses 2021-ci ilədək təxirə salınıb.

ABŞ HHQ Komandanlığının ilkin planlarına görə, gələn ildən etibarən A-10-ları pilotsuz uçan aparatlar və taktiki aviasiya təyyarəsi olan F-16 əvəzləməli, sonra isə onların yerini F-35 tutmalı idi.

1977-ci ildən bəri istifadə edilən A-10 üçün effektiv əvəz tapılmadığından, bu planlar təxirə düşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR