Dolların məzənnəsi düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq

Dolların məzənnəsi düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq
11:57 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi 2016-cı ilin 28 noyabr tarixində həyata keçirilib və dərman vasitələrinin qiymətləri manatın o vaxtkı məzənnəsinə uyğunlaşdırılıb. O zamanı manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.
 
İ. Məcidov qeyd edib ki, bugünkü məzənnə 1,7196-dan bir qədər yuxarıdır: "28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. Qanunvericiliyə görə, məzənnə bundan aşağı düşdüyü zaman dərmanların qiymətləri aşağı salınacaq, məzənnə yuxarı qalxdığı zamanı isə qiymətləri yuxarı qaldırılacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR