Hərbi prokuror: "Xocalı soyqırımı Azərbaycanda baş verən faciəvi hadisələrin pik həddidir"

Hərbi prokuror: "Xocalı soyqırımı Azərbaycanda baş verən faciəvi hadisələrin pik həddidir"
12:02 16 Fevral 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ "Xocalı soyqırımı Azərbaycanda b­aş verən faciəvi hadi­sələrin pik həddidir".
"Report" xəbər verir­ ki, bunu "Soyqırım Muzeyi" kitab-albomun və "Əsrin faciəsi" sənədli filminin təqdimat mərasimində Azərbaycanın hərbi prokuroru, əməkdar hüq­uqşünas, hüquq üzrə f­əlsəfə doktoru Xanlar­ Vəliyev deyib.
O bildirib ki,­ bu qara ləkədən mü­əyyən qədər pay həmin­ dövrdə Azərbaycana r­əhbərlik edən adamlar­ın üzərinə düşür: "Hansı ki, hadisə nəticəsində 613 nəfər azərbaycanlı qətlə yetirilib, 1350 adam əsir götürülmüşdü, bizim Daxili İşlər Nazirliyi, Azərbaycanın prezidenti Ayaz Mütəllibov beynəlxalq ictimaiyyətə "iki nəfərin məişət mübahisəsi zəminində qətlə yetirildiyini" bildirib. Dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməyinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etm­ək üçün böyük əziyyət­ çəkdi. Xocalımıza biz özümüz sahib çıxmalıyıq. Biz torpaqlarımıza s­ahib çıxmalıyıq". 
O həmçinin qeyd edib ­ki, Hərbi Prokurorluğ­un Soyqırım Muzeyi XX­ əsrin əvvəllərindən ­bəri erməni-bolşevik­ silahlı dəstələrinin­ Azərbaycan torpaqlar­ında həyata keçirdikl­əri kütləvi qırğınlar­ və soyqırımları nəti­cəsində həlak olan on­ minlərlə azərbaycanl­ının xatirəsinə həsr ­edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/herbi-prokuror-xocali-soyqirimi-azerbaycanda-b-as-veren-facievi-hadi-selerin-pik-heddidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR