Tarif Şurası: Dərmanların ucuzlaşması üçün manat bir qədər də bahalaşmalıdır

Tarif Şurası: Dərmanların ucuzlaşması üçün manat bir qədər də bahalaşmalıdır
12:12 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Tarif Şurası Azərbaycanda ABŞ dollarının məzənnəsinin son iki həftə ərzində xeyli düşməsinə baxmayaraq, daxili bazarda dərman preparatlarının ucuzlaşmamasının səbəbini açıqlayıb. 
"Report" xəbər verir ki, bugünki brifinqdə Tarif Şurasının katibi İlkin Məcidov jurnalistlərə bildirib ki,  qiymətlərin düşməməsi manatın hələ yetərli səviyyədə bahalaşmaması ilə bağlıdır: "Biz dərman vasitələri üzrə dolların məzənnəsini 1,71 AZN/USD civarında götürmüşük. Dollar ucuzlaşsa da, hələ həmin səviyyədən aşağı düşməyib".
İ.Məcidov deyib ki, 2014-cü ildə bir qutu dərman orta hesabla 3 dollara ölkəyə idxal edilirdi: "Bu rəqəm 2015-ci ildə 2,2 dollar olubsa, indi 1,5 dollardır. 50-dən çox idxalçı 1 000-ə yaxın zavoddan dərmanlar idxal edir ölkəyə. Bu ilin yanvarında dərman vasitələrinin idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% artıb".

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/tarif-surasi-dermanlarin-ucuzlasmasi-ucun-manat-bir-qeder-de-bahalasmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR