Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin günahı var idi

Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin günahı var idi
12:12 16 Fevral 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Xocalı faciəsinin baş verməsində müəyyən qədər pay həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların üzərinə düşür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə respublika hərbi prokuroru Xanlar Vəliyev açıqlama verib.

Onun sözlərinə görə, Xocalı faciəsi nəticəsində 613 nəfər azərbaycanlı qətlə yetirilib: "Amma o zamankı daxili işlər naziri və Azərbaycanın prezidenti Ayaz Mütəllibov məişət mübahisəsi zəminində cəmi iki nəfərin qətlə yetirildiyini demişdilər".

O bildirib ki, Xocalı faciəvi hadisələrin pik həddi oldu: "Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edən adamların günahı var idi. Bu faciədən sonra dünyanın müxtəlif mətbuat orqanlarından nümayəndələrin Azərbaycana gəlməsinə baxmayaraq, yenə də Azərbaycan bu faciəni dünyaya sübut etmək üçün böyük əziyyət çəkdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR