Avtomobilin buferindən, oturacağından külli miqdarda siqaret çıxdı

Avtomobilin buferindən, oturacağından külli miqdarda siqaret çıxdı
12:12 16 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtomobilin buferindən, yük yerindən və oturacaqlarından külli miqdarda siqaret çıxdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/518043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR