Azərbaycanda hər 100 min nəfərə neçə aptek düşür?

Azərbaycanda hər 100 min nəfərə neçə aptek düşür?
12:17 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanda hər 100 min nəfərə 22 aptek düşür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tarif (Qiymət) Şurasının katibi İlkin Məcidov dövlət qeydiyyatına alınmış dərman vəsaitlərinin qiymətlərinin tənzimlənməsi barədə keçirilən tədbirdə deyib.

İ.Məcidov vurğulayıb ki, bu göstərici beynəlxalq standartlara uyğundur. Onun sözlərinə görə, hər gün Azərbaycanda 100 minlərlə dərman satılır.

O qeyd edib ki, hansısa aptekdə hansısa ticarət adında dərman vasitəsinin olmaması dərman qıtlığı demək deyil. Həmin tərkibdə müxtəlif alternativ dərmanlar mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR