Nazirlikdən həkimlərə İTTİHAM: "Satılmayan dərmanlarını yazdırırlar"

Nazirlikdən həkimlərə İTTİHAM: "Satılmayan dərmanlarını yazdırırlar"
12:18 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Dərman firmaları öz dərmanlarını reklam və həkimlərlə əlaqəyə girərək müraciət edən xəstələrə satılmayan dərmanlarını yazdırırlar”.

Bunu İqtisadiyyat Nazirliyinin müşaviri Manaf Bayramov dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.

O bildirib ki, 2 manatlıq Hindistanın dərmanını firma aptekdə 16 manata satdırırsa, Almaniyanın həmin tərkibli dərmanı 4 manata satılır, çünki əyri yollara getmir.

“Amma zəif texnologiyalarla üçüncü ölkələrdə istehsal edilən firma dərmanları isə bundan daha bahadır. Bir dərman vasitəsinin qiymətləri müəyyənləşərkən 10 ölkədə həmin dərman vasitələrinin qiymətləri götürülür və orta qiymət müəyyənləşir. Onun üzərinə Nazirlər Kabinetinin 11-12 faizlik marjası və apteklərin 11-20 faizlik marjası əlavə olunur və qiymət müəyyənləşir. Bir dərmanı gətirən şirkət digər idxalçının gətirdiyi dərmanın qiymətini Nazirliyin saytında yerləşən cədvələ əsasən hesablaya bilər”.

Son günlər manatın məzənnəsinin möhkəmlənməsinə baxmayaraq dərman vasitələrinin aşağı düşməsi barədə məlumatlara isə Tarif Şurasının katibi İlkin Məcidov aydınlıq gətirib. O bildirib ki, həmin qiymətlər dolların məzənnəsi 1.7196 olanda müəyyənləşdiyi üçün yenidən baxılmasına ehtiyac qalmayıb. (modern.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/188025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR