"Qarabağ" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

"Qarabağ" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
12:22 16 Fevral 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın 19-cu turunda "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ"ın heyətində itkilər var.
 
Milli.Az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov çempionluğun taleyi baxımından önəmli matçda 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.
 
Kapitan Rəşad Sadıqov və ispan yarımmüdafiəçi Dani Kintana zədə səbəbindən kənarda qalacaqlar. Rəşadın nə vaxt meydana dönəcəyi bilinməsə də, Kintana üçün mövsüm bitib.
 
Ağabala Ramazanov isə cəza səbəbindən kənarda qalacaq. O, ötən tur sarı vərəqə limitini doldurduğundan məcburi istirahətə göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR