"Murad Arif çox pis adamdır"

"Murad Arif çox pis adamdır"
12:22 16 Fevral 2017
214 Şou
Ölkə mətbuatı
A- A+

Bəstəkar-müğənni Murad Arif "Bayram axşamı" filminin qalasında iştirak edib.

Axşam.az-a açıqlama verən sənətçi bu yaxınlarda "Kokoreç" mahnısını ifa etdiyi türkiyəli ifaçı Mirkelamı Bakıya dəvət etdiyini bildirib:

"Yaxın aylarda bu görüş baş tutacaq. Çünki onun bir mahnısını mən oxumaq istədim, başqa birini özü təklif etdi. Mahnıları üçün məndən pul almayıb, sadəcə icazə verib. Daha bir mahnı da gözlənilir. O da mənim bir mahnımı oxuya bilər. Təklif etdi ki, bir konsert verək. Mən də razılaşdım. Konsert öncə Türkiyədə, daha sonra isə Bakıda olacaq. Yay aylarına təsadüf edəcək".

Müğənni türk sənətçilərlə əməkdaşlığını davam etdirdiyini də söyləyib:

"Mahnılarım üçün təklif gəlib. Amma kimdən gəldiyini demirəm, qoy sürpriz olsun. Bizdə sənətçilər xoşlayırlar ki, çıxıb desinlər, "filankəs mənim mahnımı oxuyacaq", amma heç kim də oxumur. Bəziləri kimi, gülməli vəziyyətdə qalmaq istəmirəm. Murad Arif edir, sonra danışır. Mən danışıb, sonra etməyi xoşlamıram".

O, bəstəkar kimi paxıl olduğunu deyib:

"Murad Arif çox pis adamdır. Paxılam, özüm yazıb, özüm oxuyuram. Heç bir müğənniyə mahnı yazmaq niyyətim yoxdur, amma bu yaxınlarda Natavan Həbibi və Röya üçün yeni mahnı olacaq. Bununla da bitdi, bazarı bağladım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/518038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR