Dollarla depozitlərin həcmi azalıb

Dollarla depozitlərin həcmi azalıb
12:23 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Ötən il bank depozitlərinin dollarlaşma səviyyəsi aşağı düşüb.

Nəticədə, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında (sərbəst dönərli valyutada əmanət və depozitlər) xüsusi çəkisi ilin əvvəlində 59.2% olduğu halda, ilin yekunu üzrə 44.7% təşkil edib.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76.4% təşkil etdiyi halda, ilin sonuna 64.4% olub. İl ərzində fiziki şəxslərin manatla əmanətləri 6.8% artdığı halda xarici valyutada əmanətləri 26.4% azalıb. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 79.6%-ə enib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/188023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR