AZAL Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib

AZAL Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib
12:57 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) şirkəti Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib.
"Report" xəbər verir ki, bunu "Forbes" tərəfindən tərtib edilən reytinq göstərir.
Azərbaycan şirkəti reytinqdə 8-ci yeri tutub.
Rusiyaya uçuşlar həyata keçirən aviaşirkətlər arasında ən yaxşısı "Emirates" olub. Sonrakı yerləri "Belaviya" və Polşanın LOT şirkəti tutub.
Qeyd edək ki, nəşr bu cür siyahını ilk dəfə tərtib edib. Sıralama qiymət-xidmət keyfiyyət nisbətinə əsaslanır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azal-rusiyaya-ucuslar-heyata-keciren-en-yaxsi-aviadasiyicilardan-biri-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR