"Azər-Türk Bank"ın kart müştərilərinin sayı 54% artıb

"Azər-Türk Bank"ın kart müştərilərinin sayı 54% artıb
13:07 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ "Azər-Türk Bank" ASC-nin kart müştərilərinin sayı 2016-cı ildə 54%, kartla əməliyyatların dövriyyəsi isə 2,4 dəfə artıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu barədə "Azər-Türk Bank" ASC-nin Strateji planlaşdırma və marketinq Departamentinin direktoru Leyla Məmmədova məlumat verib: "Bütün bunlar Bankın etibarlılıq əmsalının çox yüksək olduğundan xəbər verir".
Departament direktoru bildirib ki, əmək haqqının kartlar vasitəsilə avtomatlaşdırılmış qaydada verilməsi hər bir təşkilatın müasir inkişafını təmin edən layihələrdən biridir. Banklar tərəfindən təqdim olunan müvafiq layihələr, kiçik yaxud böyüklüyündən asılı olmayaraq, hər bir müəssisə üçün münasibdir.
"Bu proseslərə yeni qoşulan təşkilatlar da əməkdaşlıq üçün sözsüz ki, ən yaxşı tərəfdaş olacaq bank seçimində haqlıdırlar. Müştəri hər zaman etibarlı bankla işləməyə üstünlük verir. Sual oluna bilər ki, bəs bank vətəndaşa etibarlı olduğunu necə sübut edə bilər? Əlbəttə ki, belə hallarda bir qayda olaraq bankın səhmdarları araşdırılır. Daha sonra bankın hesabatları, göstəriciləri nəzərdən keçirilir və s. Korporativ müştərilərə işçilərinin əmək haqqının rahat və vaxtında ödənilməsi üçün "MasterCard" və "Visa" ödəniş kartlarını təklif edən "Azər-Türk Bank" bildiyiniz kimi, dövlət bankıdır, səhmlərinin 75%-i dövlətə məxsusdur", - deyə Bank rəsmisi əlavə edib.
L.Məmmədova əmək haqlarının "Azər-Türk Bank"ın plastik kartları vasitəsilə verilməsinin üstünlüklərindən danışarkən xüsusilə qeyd etdib ki, müştərilər fevralın 7-dən etibarən əmək haqqı kartları ilə ölkə ərazisində istənilən bankın bankomatından əmək haqqını çəkdiyi zaman heç bir komissiya tutulmur.
“Bank korporativ müştərilərinə, eləcə də əmək haqqı kartı sahiblərinə sərfəli şərtlərlə kreditlər təklif edir. Müştərilərə şənbə-bazar günləri də xidmət edən şöbələrimiz var,”- deyə L.Məmmədova bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azer-turk-bank-in-kart-musterilerinin-sayi-54-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR