Sergey Şoyqu: “Bakıda general Dunforddan izahat tələb edəcəyik”

Sergey Şoyqu: “Bakıda general Dunforddan izahat tələb edəcəyik”
13:08 16 Fevral 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya ABŞ-la münasibətləri bərpa etməyə hazırdır, lakin güc yolu ilə dialoq cəhdlərinin perspektivi yoxdur”.

Publika.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Dunfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun bu gün Bakıda baş tutacaq görüşü haqda danışarkən deyib.

Şoyqu Valeri Gerasimovun Bakıda Cozef Dunforddan Pentaqonun rəhbəri Ceyms Mettisunun Rusiya ilə bağlı sözlərinin izahatını tələb edəcəyini açıqlayıb.

Qeyd edək ki, Mettisu NATO ölkələrinin hərbi nazirlərinin Brüssel görüşündə ABŞ-ın Rusiya ilə əməkdaşlığın bərpasına sadiq qaldığını, lakin Moskva ilə güc yolu ilə danışmaq niyyətində olduqlarını açıqlamışdı.

“Biz Bakıdakı görüşdə general Dunforddan bununla bağlı izahat tələb edəcəyik”, - deyə Şoyqu vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR