"Böyüklər övladlarını özlərindən asılı salmağa çalışırlar"

"Böyüklər övladlarını özlərindən asılı salmağa çalışırlar"
13:17 16 Fevral 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları" mövzusunda "dəyirmi masa" keçirir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ailə institutunun formalaşmasında adət-ənənələrimiz silsiləsində keçirilən "dəyirmi masa"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Daxili İşlər, Ədliyyə, Səhiyyə naziliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndələri, Milli Məclisin deputatları, icra hakimiyyəti başçılarının müavinləri və digərləri iştirak edirlər.

"Dəyirmi masa"da ilk çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, cəmiyyətin inkişafı ailənin sabitliyindən asılıdır. Onun sözlərinə görə, cəmiyyət həmişə ailənin möhkəm qurulmasına çalışır: "Ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. Ailə münasibətlərinə təsir edən bir çox amil var. Bu münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün və vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Ölkəmizdə ailə, qadın və uşaq məsələləri ilə bağlı mükəmməl qanunvericilik var. Ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil. Çünki hər bir ailənin öz qanun və qaydaları var. Bəzən böyük ailələrin daxilində kiçik ailələr olur ki, onlar bir-birindən asılı vəziyyətdə qalırlar. Bəzən də böyüklər övladlarını ayırmaq istəmir, özlərindən asılı salmağa çalışırlar ki, bunların da nəticəsində ailələrdə problemlər yaranır".

Son zamanlar boşanma, erkən nikah, intihar hallarının çoxaldığını deyən komitə sədri qeyd edib ki, başqa ölkələrdə bu rəqəmlər daha böyük ola bilər, lakin Azərbaycanda mövcud olan milli adət-ənənələrimiz belə hallara göz yummağa imkan vermir: "Bugünkü tədbirin məqsədi də məhz bizi narahat edən məsələlərin səbəb və həllinin yollarını müəyyənləşdirməkdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR