"Belə məğlubiyyət əsl şokdur"

"Belə məğlubiyyət əsl şokdur"
13:17 16 Fevral 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 finalında "Bayern Munich"ə rəqib olan "Arsenal" səfərdəki ilk matçında böyük hesablı məğlubiyyətlə üzləşib - 1:5. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "topçular"ın baş məşqçisi Arsen Venger bunları deyib:

"Bu nəticəyə şərh vermək çətindir. Birinci hissədə qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Sonra qapımızda 2-ci qolu gördük və Kosilnini itirdik. Bundan sonra məsələ həll olundu. "Bavariya" bizdən daha yaxşı oynadı. Özümə bəraət qazandırmaq istəmirəm. Bu səviyyədə belə məğlubiyyət əsl şokdur. Hər şeyi yanlış etdik, hesab da bunu göstərir. Belə oyunlarda 90 dəqiqə konsentrasiyanı saxlamaq lazımdır. Çox məyusam. İndi bu məğlubiyyəti unudub növbəti oyuna hazırlaşmalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR