Hava Limanı istiqamətindəki yollarda sürət həddi endirildi

Hava Limanı istiqamətindəki yollarda sürət həddi endirildi
13:23 16 Fevral 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının bir sıra yollarında nəqliyyatın hərəkət sürəti endirilib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

BNA-dan bildirilib ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/188042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR