Dağlıq Qarabağda "referendumlar" keçirməkdənsə, Ermənistan BMT qətnamələrini yerinə yetirsin

Dağlıq Qarabağda "referendumlar" keçirməkdənsə, Ermənistan BMT qətnamələrini yerinə yetirsin
13:27 16 Fevral 2017
152 Ölkə
Ölkə mətbuatı
A- A+

İşğal olunmuş Dağlıq Qarabağda "referendumlar" keçirmək əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.

Milli.Az bildirir ki, bunu Trend-ə  Macarıstanın keçmiş xarici siyasət baş müşaviri Levente Kozma Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı referendumu şərh edərkən deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçılarının görüşlərini aktivləşdirmək lazımdır.

Ekspert tərəfləri münaqişənin həllində beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR