Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib

Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib
13:37 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Rusiyada real inflyasiya göstəricisi dekabr ayı ilə müqayisədə kəskin artım göstərib. "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə "Romira" araşdırma holdinqinin hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, rəsmi statistik göstəricilərə əsasən, yanvarda inflyasiya 0,6% olduğu halda, "Romira"nın deflyator düsturu vasitəsilə hesabladığı real inflyasiya göstəricisi 3,2% təşkil edib. Bu da rəsmi rəqəmlərdən 5 dəfə artıqdır. Hesabata görə, inflyasiyanın sürətlənməsində əsas rolu 7% bahalaşan ərzaq məhsulları və 12% bahalaşan spirtli içkilər oynayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-real-inflyasiya-resmi-statstik-gostericini-5-defe-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR