Bakının bəzi yollarında sürət həddi azaldılıb

Bakının bəzi yollarında sürət həddi azaldılıb
13:42 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ “Hazırda paytaxtda müşahidə edilən qarlı hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsi sürüşkən olduğundan, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görülür”.
Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, Heydər Əliyev prospekti-Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi-Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə maksimal sürət həddi 20 km/saat endirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakinin-bezi-yollarinda-suret-heddi-azaldilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR