Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, görüş Bakıda baş tutmazdı

Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, görüş Bakıda baş tutmazdı
13:52 16 Fevral 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər Rusiya və ABŞ-ın Azərbaycana marağı olmasaydı, ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Valeri Gerasimov arasında keçirilən görüş Bakıda baş tutmazdı.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Bu görüşün Bakıda keçirilməsini çox yüksək dəyərləndirən deputat qeyd edib ki, görüşün ölkəmizdə keçirilməsi Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürüdür.

R.Rzayev qeyd edib ki, Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir:

"Bu siyasət, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik Azərbaycanı belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib".

Qeyd edək ki, Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri V.Gerasimov ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general C.Danfordla bu gün Bakıda görüşüblər. V.Gerasimov və C.Danford Rusiya və ABŞ arasında hərbi əməkdaşlıq perspektivləri və dünyanın böhranlı bölgələrində təhlükəsizlik sahəsində vəziyyəti müzakirə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR