Xaricdən Azərbaycana pul köçürmələri azalıb

Xaricdən Azərbaycana pul köçürmələri azalıb
14:03 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycana ötən il ərzində xaricdən daxil olan pul baratlarının həcmi 2015-ci illə müqayisədə 34,57%, 2014-cü ilə nisbətən isə 54,71% azalıb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ötən ilin yekununa dair Pul siyasəti İcmalında bildirilib.

İcmala əsasən, 2016-cı ildə ölkəyə xaricdən 774 mln. ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib. Bu rəqəm 2015-ci ildə 1,183 mlrd. dollar, 2014-cü ildə isə 1,709 mlrd. dollar təşkil edib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/188046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR