Türkiyə prezidenti Məkkədə ümrə ziyarəti edib

Türkiyə prezidenti Məkkədə ümrə ziyarəti edib
14:07 16 Fevral 2017
151 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkədə Məscidül-Hərama gedərək ümrə ziyarətini yerinə yetirib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dünən R.T.Ərdoğan Qətərə rəsmi səfərinin yekununda Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedib.
R.T.Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti gecə saatlarında Məscidül-Həramı ziyarət edib. Onlar Kəbə ətrafında dövrə vurublar, sonra isə Səfa və Mərvə təpələrini ziyarət ediblər.
Türkiyə prezidentini ziyarət zamanı həyat yoldaşı Əminə Ərdoğan, Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar, iqtisadiyyat naziri Nihat Zeybekci, xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhəbəri Hakan Fidan müşayiət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-prezidenti-mekkede-umre-ziyareti-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR