Aybəniz Haşımovanın bacısı vəzifədən çıxarıldı

Aybəniz Haşımovanın bacısı vəzifədən çıxarıldı
14:13 16 Fevral 2017
775 Şou
Ölkə mətbuatı
A- A+

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib. Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib.

Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş Şahnaz Haşımova Azərbaycanın xalq artistidir və "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir. Xatırladaq ki, Şahnaz Həşimova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/188050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR