Mançesterdə qardaş qırğını, türklər üçün səfər sınağı

Mançesterdə qardaş qırğını, türklər üçün səfər sınağı
14:17 16 Fevral 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ardınca Avropa Liqasında da fasilə başa çatır. Fanat.Az xəbər verir ki, bu gecə turnirin 1/16 final mərhələsinə start veriləcək.

Çempionlar Liqasında mübarizəni dayandıran "Beşiktaş" turnirin sürprizlərindən olan İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə münasibətlərini aydınlaşdıracaq. "Fənərbaxça" Rusiyada "Krasnodar"ın qonağı olacaq. Digər türk klubu "Osmanlıspor" isə səfərdə Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək.

"Qəbələ"nin qrup mərhələsindəki rəqiblərindən "Sent-Etyen" "Old Trafford"da "Mançester Yunayted"lə qarşılaşacaq. Bu qarşılaşma Poqba qardaşlarının dueli baxımından da maraq doğurur. “Sent-Etyenn”in müdafiəçisi Florentin Poqba “Mançester Yunayted”in uğurları üçün çalışan kiçik qardaşı Pol Poqbaya qarşı mübarizə aparacaq. "Qəbələ" ilə eyni qrupda mübarizə aparmış "Anderlext" isə "Zenit"i qəbul edəcək.

"Qarabağ"ın rəqiblərindən 22.00 Fiorentina Mönhenqladbax "Borussiya"sı ilə üz-üzə gələcək, PAOK "Şalke 04"lə münasibətlərini aydınlaşdıracaq. 

Avropa Liqası
1/16 final 
İlk oyunlar

16 fevral
20.00 Krasnodar (Rusiya) - Fənərbaxça (Türkiyə)
22.00 Astra (Rumıniya) - Genk (Belçika)
22.00 Alkmaar (Hollandiya) - Olimpik (Lion, Fransa)
22.00 Borussiya (Mönhenqladbax, Almaniya) - Fiorentina (İtaliya)
22.00 Selta (İspaniya) - Şaxtyor (Ukrayna)
22.00 Rostov (Rusiya) - Sparta (Çexiya)
22.00 Gent (Belçika) - Tottenhem (İngiltərə)
22.00 Ludoqorets (Bolqarıstan) - Kopenhagen (Danimarka)
22.00 Olimpiakos (Yunanıstan) - Osmanlıspor (Türkiyə)
00.05 Anderlext (Belçika) - Zenit (Rusiya)
00.05 Atletik (İspaniya) - APOEL (Cənubi Kipr)
00.05 Hapoel (Beer-Şeva, İsrail) - Beşiktaş (Türkiyə)
00.05 Legiya (Polşa) - Ayaks (Hollandiya)
00.05 Mançester Yunayted (İngiltərə) - Sent-Etyen (Fransa)
00.05 PAOK (Yunanıstan) - Şalke (Almaniya)
00.05 Vilyarreal (İspaniya) - Roma (İtaliya)

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mancesterd-qarda-qrn-turklr-ucun-sfr-sna-t56305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR