AMEA institutlarına yeni direktor müavinləri təyin edilib

AMEA institutlarına yeni direktor müavinləri təyin edilib
14:22 16 Fevral 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rəyasət Heyətinin qərarları ilə İqbal Qəhrəmanov Rəyasət Heyəti aparatının Birinci xüsusi şöbəsinin rəisi, Fikrət Feyziyev Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəis müavini təyin edilib.

Bundan əlavə, Tarix İnstitutunun yeni direktor müavinləri məlum olub. Belə ki, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov və Tofiq Nəcəfli Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini təyin olunub.
 
Yeni təyinata əsasən, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, vəzifələrini icra edəcəklər. Biologiya üzrə elmlər doktoru Naib Əminovun isə Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini səlahiyyətləri uzadılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR